Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 13:27
Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı barədə bəyanat verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bəyanatda deyilir: "Bolqarıstan Sionist Federasiyası Bolqarıstanda yəhudilər və təcavüzkarlığa və zülmə qarşı olan, demokratiya, insan hüquqları, xalqların suverenliyi, hər yerdən olan insanların ləyaqətini dəstəkləyən və tarixin xəbərdar etdiyi səhvləri təkrarlamamaqla keçmişdən öyrənən qeyri-yəhudilərin mövqelərini əks etdirir.
Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycan mövqelərinin ələ keçirilməsi məqsədilə Tovuz rayonunda törədilən və Azərbaycanın 12 hərbi qulluqçusu və 1 yaşlı mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın suveren ərazilərinə son zorakılıq aktı bizi çox narahat edir.
Biz, yəhudilər və İsrail dövlətinin tərəfdarı olan qeyri-yəhudilər, Azərbaycan xalqının müraciətini və acısını anlayırıq. Biz xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi paytaxtı olan Şuşanın müdafiəsi zamanı əsgər yoldaşlarını xilas edərkən vətəni uğrunda həlak olmuş Azərbaycan yəhudisi, tank komandiri Albert Aqarunovu xüsusilə xatırlayırıq.
Bu gün Albert Aqarunov ölümündən sonra ən yüksək hərbi adı - Azərbaycanın Milli Qəhrəmanı statusunu daşıyır.
Son günlər regionda şiddətli mübarizənin gərginləşməsi beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilməməsinin nəticəsidir.
Ermənistan beynəlxalq humanitar hüququ pozmuş və regionda sülh və sabitliyə sayğısızlıq nümayiş etdirmişdir.
Ermənistanın Azərbaycanla sərhəd boyunca son təxribatlarından dərin narahatçılıq keçirərək, biz, Bolqarıstan Sionist Federasiyası bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik.
Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonu ilə yanaşı, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində bütün əraziləri üzərində ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirik".