Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 15:48
Ermənistanın Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən müdafiə aksiyaları çərçivəsində 8 aksiya təşkil olunub.
Bu aksiyalar Polşa, Niderland, Belçika, ABŞ - Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, həm Ermənistan, həm də beynəlxalq erməni terror təşkilatları tərəfindən idarə olunan xaricdə yaşayan ermənilərin təşkil etdikləri aksiyalarda idarəolunmaz, qanuna zidd davranışları nəticəsində 50-yə yaxın soydaşımız yaralanıb.
Həmin ölkələrdə bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfərədək - (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət edib, biri qadın olub) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub