Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 17:25
Bizim vaxtımızda hər şey başqa idi. İndi dəhşətdir. Bəlkə bizim o vaxtlar ağlımız kəsməyib, başqa cür olmuşuk. İndi çox avropalaşmışıq. Bunu istəmirəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Gündən-günə" proqramında qonaq olarkən deyib. Sənətçi gənclərin həddindən artıq müasir olmalarını bəyənmədiyini deyib:
"Hərənin bir cür baxışı var. Mən istəyirəm abır, həya, bir az utanma, çəkinmə olsun. Müəllimlərimizi görəndə utanardıq. İndi elə deyil: məktəbdə dava gedir, müəllim uşağı vurur, uşaq müəllimi vurur. Bəlkə, müəllim özünü apara bilmir, nəticə belə olur.
Düşünürəm ki, mobil telefon olmasaydı, başqa cür olardı. Telefon olsa da ancaq zəng gedib-gələrdi, digər funksiyalar olmazdı. Onda gənclərimiz başqa cür olardı".