Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Koreya COVID-19-a qarşı peyvənd üzərində çalışır

Şimali Koreya COVID-19-a qarşı peyvənd üzərində çalışır

Tarix: 23 Iyul 2020 20:44

Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.

Milli.Az ted.az-a istinadən bildirir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb.

Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki Biologiya İnstitutu mütəxəssislərinin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb. Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb.

Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.

Milli.Az


Etiketlər:  Şimali Koreya COVID qarşı peyvənd üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ