Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 11:44
Fransanın məşhur Versal Sarayının Kral Operası 2026-cı ildə tarixdə ilk dəfə süni intellekt tərəfindən yazılmış bir əsəri tamaşaçılara təqdim edəcək.
Sonxeber.net xəbər verir ki, tamaşa hazırda hazırlanma mərhələsindədir və premyerası 2026-cı ilin mayında baş tutacaq.
Əsərin adı "Astroloq və ya Yalan Proqnozlar" ("L'Astrologue ou les Fauses Prédictions") olacaq. Tamaşanın ssenarisi məşhur fransız dramaturq Molyerin üslubunda yazılıb.
Operanın mətnini süni intellekt üzərində çalışan "Mistral" startapının modeli yaradıb. Tamaşada yeddi aktyor və üç musiqiçi iştirak edəcək.
Bu layihə sənət və texnologiyanın qovuşduğu yeni mərhələ kimi qiymətləndirilir və dünyanın ilk tam süni intellekt tərəfindən yazılmış opera tamaşası olacaq.