Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 01:48
İtaliya A seriyasında 35-ci tura yekun vurulub.
Qol.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Lider "Yuventus" "Udineze"nin qonağı olub və 1:2 hesabı ilə uduzub. Bununla da Turin klubu bu tur çempionluğu rəsmiləşdirə bilməyib.
Digər görüşdə "Latsio" doğma meydanda "Kalyari"yə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 35 turdan sonra "Yuventus" 80 xalla 1-ci, "Atalanta" 73 xalla 2-ci, "İnter" 73 xalla 3-cü, "Latsio" 72 xalla 4-cü, "Roma" 61 xalla 5-cidir.
24 oyun
"Udineze" - "Yuventus" - 2:1
Qollar: De Liqt, 42 (0:1), Nestorovski, 52 (1:1), Fofana, 90+3 (2:1)
"Latsio" - "Kalyari" - 2:1
Qollar: Simeone, 45 (0:1), Savim, 47 (1:1), İmmobile, 60 (2:1)