Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 06:48
Bakı. Trend:
Xorvatiya parlamenti hökumətin baş nazir Andrey Plenkoviçin təklif etdiyi yeni tərkibini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 76 deputat baş naziri dəstəkləyib, 59 deputat isə onun təklifinə qarşı çıxıb.
Bildirilir ki, Xorvatiya hökumətinin yeni tərkibi 16 nazirlikdən ibarət olacaq. Daha əvvəl 20 nazirlikdən ibarət olub.
Qeyd edilir ki, Andrey Plenkoviçin Nazirlər Kabinetində həmçinin 4 baş nazirin müavini olacaq.