Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 10:39
Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Məlumatda bildirilir ki, o hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur:
"Hemodinamik stabildir. Saturasiyası 90-98%-dir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".