Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Görünür, Tovuz əməliyyatı Paşinyana kifayət qədər dərs olmadı''

''Görünür, Tovuz əməliyyatı Paşinyana kifayət qədər dərs olmadı''

Tarix: 24 Iyul 2020 16:03

İki variant var - Amerikadakı bu erməni lobbisi özbaşına hərəkət edib, Los Ancelesdə, Kaliforniyada bu üstünlükdən çıxış edərək düşünüblər ki, azərbaycanlıların sayı azdır, amma onların sayı milyonlarladı, azərbaycanlıların üstünə hücum çəkə bilərlər.

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

O bildirib ki, ağılları başlarına gəlsə, gərək Ermənistan hakimiyyəti erməni lobbisinə çağırış edə ki, sakit dursunlar:

"Eyni zamanda, Belçikada da oxşar bir hadisə baş verdi. Amma mənə elə gəlir ki, burada ikinci istiqamət daha çox özünü göstərə bilər. Yəni, Ermənistandan da təlimat alırlar. Ona görə də təsadüfi deyil ki, Kiyevdə, Moskvada və digər şəhərlərdə də artıq azərbaycanlılar Los Ancelesdə və Brüsseldəkinin qisasını alıblar. Bəziləri indi düzdür, bunu tənqid edirlər ki, "Bu, gərəkli deyil". Amma mənə elə gəlir ki, ilk ölüm hadisəsi olmadan erməni təxribatçılarının dərsi verilməli idi ki, Los Ancelesdəkilər də anlasınlar ki, əgər bir daha belə bir əmələ baş qoşsalar, başqa şəhərlərdə də azərbaycanlılar eyni işi ermənilərin başına gətirəcək. Ona görə, qisas əməliyyatı vacib idi. Yoxsa, onlar hər zaman boşluqdan istifadə edib azərbaycanlılara hücum çəkə bilərdilər. Amma yenə də düşünürəm ki, əgər ağılları başlarına gəlsə, gərək Ermənistan hakimiyyəti də erməni lobbisinə çağırış edə ki, əsasən də, Amerikadakına ki, sakit dursunlar. Yox, yenə də təxribata baş vursalar, başqa ölkələrdə eyni cür azərbaycanlılar da erməni təxribatçılarına cavab verəcəklər". 

Politoloq qeyd edib ki, əgər qərb dövlətləri, beynəlxalq təşkilatlar sülhdən danışırlarsa, gərək bu barbarlığın qarşısı alınsın:

"Paşinyan dünən hökümətin iclasında Qarabağla bağlı yenə də ağzına gələni danışıb. Görünür, Tovuz əməliyyatı Paşinyana kifayət qədər dərs olmadı. Yenə də deyib ki, guya Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır, Dağlı Qarabağ öz müqəddəratını təyin etməlidir, Dağlıq Qarabağın təhlükəsizliyi müzakirə predmeti ola bilməz. Yəni, hər zaman dedikləri. Bir kəlmə də dünənki hadisələr barədə deməyib, fikrini bildirməyib, Los Ancelesdəki erməni lobbisinə də müraciəti yoxdur ki, "Azərbaycanlılara bu əməlləri etməyin. Bu, Ermənistanın imicinə zərbə vurur". Yox, deməli, özü də maraqlıdır. Amma Moskvada, Kiyevdə və Berlində aldıqları cavab, məncə, onları düşündürməyə vadar etməlidir. Yenə də belə bir təxrbata əl atsalar, cavabı bundan 10 qat olacaq. Beynəlxalq aləm də başa düşdü ki, bu cür təxribatlar cavabsız qalmayacaq. Əgər qərb dövlətləri, beynəlxalq təşkilatlar sülhdən danışırlarsa, gərək bu barbarlığın qarşısı alınsın. Mən, düzü, ilk dəfə idi belə hadisə müşahidə edirdim. Əvvəllər də Azərbaycan-Ermənistan arasında sərhəddə toqquşmalar olub, 1990-cı illərdə müharibə olub. Amma hər halda xarici ölkələrdə azərbaycanlılarla ermənilər bu qədər üz-üzə qalmamışdı. Mən ilk dəfədir bunu müşahidə edirəm, amma özlərinə problem yaratdılar. Ermənilər, əslində, Los Ancelesdə bu cür təxribatı törətməklə Azərbaycan cəmiyyətinin Qarabağı güc yolu ilə azad etmək inamını artırdılar".

Təhməz Təkin


Etiketlər:  Görünür Tovuz əməliyyatı Paşinyana kifayət qədər dərs olmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ