Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' 12 futbolçusunu satır

''Barselona'' 12 futbolçusunu satır

Tarix: 24 Iyul 2020 19:40

"Barselona" mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyə hazırlaşır.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Kataloniya klubu transferə çıxarılacaq futbolçuları artıq müəyyənləşdirib.

Mövsüm başa çatdıqdan sonra konkret olaraq 12 oyunçu La Liqa klubunu tərk edə bilər. Rəhbərlik Neto, Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Braytvaytla vidalaşmağın yollarını axtarır. Klub, həmçinin icarədə olan Karles Alena, Rafinya, Jan-Kler Todibo və Filipp Koutinyo üçün də təkliflər gözləyir.

Qeyd edək ki, "Barselona" La Liqada geridə qalan mövsümü ikinci pillədə tamamlayıb.


Etiketlər:  Barselona futbolçusunu satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ