Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Parlamentinin üzvləri prezident Makrona Ermənistanın təxribatları ilə bağlı müraciət ediblər

Fransa Parlamentinin üzvləri prezident  Makrona Ermənistanın  təxribatları ilə bağlı müraciət ediblər

Tarix: 25 Iyul 2020 04:10

Bakı. Trend:

Fransa Parlamentinin üzvləri ölkə Prezidenti Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair müraciət ünvanlayıblar.

Trend-in məlumatıan görə, deputatlar Guy Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan - Lük Raytzer (Jean-Luc Reitzer), Jan Pyer Do (Jean Pierre Door), senatorlar Alən Uper (Alain Houpert), Andre Reşard (Andre Reichardt) birgə müraciətlərində ölkə prezidentindən Ermənistanı işğalçılıq siyasətinə son qoymağa, Azərbaycanın ərazi bütovlüyünə hörmət etməyə təhrik etmək üçün ciddi tədbirlər görməsini xahiş edirlər.

Müraciətdə Azərbaycana qarşı edilən bu yeni təcavüzün beynəlxalq ictimaiyyətə Ermənistanın hələ də Azərbaycanın ərazisinin beşdə birini zorla işğal etdiyini xatırlatdığı bildirilir: “Təxminən 30 ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını və Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi çoxsaylı qətnamələri pozaraq Azərbaycanın əraziləri olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu hərbi işğal edib. Sonu olmayan, saysız-hesabsız mülki və hərbi qurbanlara səbəb olmuş, dünya tərəfindən məhəl qoyulmayan bu münaqişədən ermənilərin son hərbi əməliyyatları nəticəsində baş verən şiddətli qarşıdurmalar nəticəsinə bir daha danışıldı.

Son günlər Ermənistan ordusu ölkənin şimal-qərbində yerləşən Tovuz yaxınlığında Azərbaycan torpaqlarına qanunsuz daxil olub. Ölkənin həyati əhəmiyyətli neft kəmərlərinin keçməsi səbəbindən Azərbaycan üçün çox strateji bir bölgədə həyata keçirilən bu qanlı təcavüz çoxlu sayda azərbaycanlı əsgər və mülki şəxsin ölümünə səbəb olub”.

Müraciətdə Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərinə toxunulub: “Bildiyiniz kimi, münaqişənin nizamlanmasının əsasları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrində, habelə BMT Baş Assambleyasının qəbul etdiyi 62/243 (2008) qətnaməsində göstərilir. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirlər. Təəssüf ki, bu günə qədər həmin qətnamələrin heç biri tətbiq edilməyib. Beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Ermənistandan beynəlxalq hüquqa hörmətlə yanaşmasını tələb etməlidir. Fransa, 1993-cü ildən Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün öhdəlik daşıyır. Ancaq strateji və ya taktiki səbəblərə görə, üzvlərinin davamlı və dövlətlərin suverenliyinə hörmət etməklə davamlı sülhə nail olmaq üçün səfərbər olmaq istəmədikləri görünür”.

Müraciətdə münaqişənin həlli zamanı vasitəçilərin süründürməçiliyinə son qoymağın vaxtı gəldiyi bildirilir: “Hələlik yalnız Azərbaycanın müdrik şəkildə təmkinli olması bütün Qafqazda qarışıqlığın qarşısını ala bilər. Hərbi əməliyyatların yenidən başlaması seçim ola bilməz və olmamalıdır. Minsk qrupunun həmsədrliyi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi əlinizdə olan səlahiyyətlərə uyğun olaraq təcili tədbirlər görməyinizi xahiş edirik. Ölkəmiz Qafqazda hərəkət etmək gücünə malikdir. Ermənistan və Azərbaycanla balanslı siyasi, iqtisadi və dost münasibətlərimiz var. Bu mövqe həm Bakıda, həm də Yerevanda dinlənilməyə imkan verir”.


Etiketlər:  Fransa Parlamentinin üzvləri prezident Makrona Ermənistanın təxribatları ilə bağlı müraciət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ