Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu dövrdə dondurma, soyuq qidalar yeməyin'' - Mütəxəssisdən ÇAĞIRIŞ

''Bu dövrdə dondurma, soyuq qidalar yeməyin'' - Mütəxəssisdən ÇAĞIRIŞ

Tarix: 25 Iyul 2020 19:21

Koronavirus-COVID-19-un ağırlaşmalarının qarşısını almaq üçün həm də soyuq içkilər, qidalar qəbul olunmamalıdır.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu infeksionist, uzman həkim Nazxanım Qasımova açıqlayıb. Mütəxəssis əhaliyə mütaciət edərək bunları deyib: "Bu yay soyuq qidalar soyuq içkilər qəbul etməyək, məsələn, dondurma, soyuq qarpız yeməyək. Çox bəsit səsələnə bilər. Amma xırda görünəcək detallar böyük problemlər yaradır. Bu dövrdə burun, boğaz, udlaq, qırtlaq nahiyələrini soyuqladacaq qidalardan uzaq durmaq yaxşı olar. Çünki bu nahiyələrdə problem olanda xəstəlik daha ağır inkişaf edə bilər".

Proqramın digər qonağı, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Qulam Rüstəmzadə də bildirib ki, indiki dönəmdə soyuq içkilər, soyuq qidalar qəbul etmək olmaz.

Mütəxəssis onu da vurğulayıb ki, COVID-lə mübarizədə əsas rolu immun sistemi oynayır: "İmmun sistemi güclü olanlar virusa yoluxsa da, xəstəliyi əlamətsiz, ya da çox yüngül keçirəcək. Ona görə də immun sisitemini dəstəkləyən həyat tərzi önəmlidir".


Etiketlər:  dövrdə dondurma soyuq qidalar yeməyin Mütəxəssisdən ÇAĞIRIŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ