Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 16,2 milyonu ötüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 16,2 milyonu ötüb

Tarix: 26 Iyul 2020 07:44

Bakı. Trend:

Dünyada COVID-19 virusuna yoluxanların sayı 16,2 milyon nəfəri ötüb.

Trend pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada sutka ərzində 12mindən çox yoluxma halı aşkarlanıb, 843 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 16 202 385 nəfərə, ölənlərin sayı isə 648 445 nəfərə çatıb. Eyni zamanda, 9,9 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 5 640 708 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.


Etiketlər:  Dünyada koronavirus infeksiyasına yoluxanların sayı milyonu ötüb


RƏYLƏR