Tarix: 26 Iyul 2020 13:12
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" - "Real" cavab matçı Portuqaliyada keçirilə bilər. Qol.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyada koronavirusun yeni dalğası başladığı üçün İngiltərə hökuməti bu ölkədən gələn insanlara 2 həftə karantində qalma qaydası tətbiq edir. Ona görə də hazırda UEFA alternativ variantlar üzərində də düşünür. Ehtimal edilir ki, avqustun 7-də "Etihad" stadionunda keçirilməsi nəzərdə tutulan matç Portuqaliyada təşkil edilə bilər.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.