Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 17:26
May ayında koronavirusdan sağalan Maruan Fellaininin meydana qayıdışı uğurlu olub.
Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çin Superliqasında mövsümün ilk oyununda 3 qol vurub.
Onun çıxış etdiyi “Şandun Lunen” ilk turda səfərdə “Dalyan”la qarşılaşıb. Görüş “Şandun Lunen”in 3:2 hesablı qələbəsiylə başa çatıb. Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.