Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mulan, Avatar 2 və Star Wars-un təqdimatı təxirə salındı

Mulan, Avatar 2 və Star Wars-un təqdimatı təxirə salındı

Tarix: 26 Iyul 2020 19:28

Disney şirkəti "Avatar 2" və "Mulan" filmlərinin premyerasının hələ ki, keçirilməyəcəyini bəyan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkət nümayəndələri məlumat veriblər.

Məlumata görə, "Mulan" cizgi filminin təqdimatı avqustda planlaşdırılırdı. Lakin məlub olub ki, film qeyri-müəyyən müddətə təxirə salınıb.

"Mütəxəssislər filmi tamaşaçılara necə nümayiş etdirəcəkləri barədə müzakirə aparırlar", - deyə şirkətdən bildirilib.

Bundan əlavə, "Avatar 2"nin 2021-ci ilin dekar ayında təqdim olunacağı xəbəri yayılsa da, qərar verilib ki, ekran əsəri 2022-ci ildə izləyicilərin qarşısına çıxacaq.

"Ulduz müharibələri" (Star Wars) kinosaqasının davamının təqdimatı da təxirə salınanlar arasındadır. Bu film 2023-cü ilin dekabrında nümayiş etdiriləcək.

Milli.Az


Etiketlər:  Mulan Avatar Star Wars təqdimatı təxirə salındı


RƏYLƏR