Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 22:00
Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin apardığı araşdırmalara görə, diabetli xəstələrin COVID-19-dan ölüm riski xəstəliyə tutulmayan insanlara nisbətən 12 dəfə yüksəkdir.
Sonxeber.net xəbər verir ki, bu barədə "Medical Xpress" portalı məlumat yayıb. Nəşr qeyd edib ki, koronavirus infeksiyasına yoluxmuş diabet xəstələrinin xəstəxanaya yerləşdirilməyə ehtiyacı altı dəfə çoxdur. Amerika Birləşmiş Ştatlarında həkimlərin bir neçə ay davam edən pandemiya ilə əlaqədar topladığı statistikaya görə, COVID-19 nəticəsində ağırlaşan diabet ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur.
San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimi Prakaş Didvanya izah edib ki, diabet xəstələri böyrək xəstəliyi, insult, miokard infarktı və başqaları da daxil olmaqla bir çox fəsadlarla üzləşir. Amma həkim immun sisteminin effektivliyinin azalmasını ən ciddi fəsad hesab edir. (publika.az)