Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda hərbi qulluqçulara “WhatsApp” qruplarına üzvlük qadağan edilib

Hindistanda hərbi qulluqçulara “WhatsApp” qruplarına üzvlük qadağan edilib

Tarix: 28 Iyul 2020 08:24

Hindistan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin qulluqçularına "WhatsApp" messencerinin qruplarına üzv olmağı qadağan edib. Qadağa təhlükəsizlik baxımından tətbiq olunub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hərbi qulluqçular "WhatsApp"dan ünsiyyət üçün istifadə edə bilsələr də, qruplara üzv olmaq qadağandır. Qərarın qəbul edilməsi üçün əsas kimi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) tərəfindən proqramdakı boşluqlar və onun yaratdığı təhlükələr barədə xəbərdarlığın edilməsi qeyd olunur.

Xatırladaq ki, iyulun əvvəlində Hindistan Silahlı Qüvvələrinin rəhbərliyi hərbi qulluqçulara 88 proqramdan, o cümlədən "Facebook", "Instagram", "Zoom", "True Caller", "Nimbuzz", "Line", "Helo", "Snow" və s. istifadəni qadağan edib. "Qara siyahı"ya, həmçinin bir müddət əvvəl Hindistan hökuməti tərəfindən ölkə ərazisində istifadəsi qadağan olunan bir sıra Çin proqramları (o cümlədən TikTok, WeChat, Beauty Plus və UC Browser) daxil edilib. Qadağanın tətbiqinin səbəbi kimi təhlükəsizlik və məlumat sızması ilə bağlı problemlər göstərilir.


Etiketlər:  Hindistanda hərbi qulluqçulara WhatsApp qruplarına üzvlük qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ