Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Luçesku qərarını dəyişdi

Luçesku qərarını dəyişdi

Tarix: 28 Iyul 2020 10:16

Mirça Luçesku "Dinamo"nun (Kiyev) baş məşqçisi vəzifəsindən istefa verməyib.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin agenti Arkadiy Zaporajanu məlumat verib. O bildirib, Rumıniya mətbuatında yayılan Luçeskunun fikirləri klubun prezidenti İqor Surkislə olan yazışmasıdır. Klub rəhbəri ilə görüşdən sonra Luçesku istefa qərarını dəyişib.

A.Zaporajani 74 yaşlı çalışdırıcının bu həftədən "Dinamo"da işə başlayacağını bildirib.

Qeyd edək ki, Luçeskunun  “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün istefa verdiyi yazılmışdı.

Xatırladaq ki, Luçesku  daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əzəli rəqibi olan Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.

 


Etiketlər:  Luçesku qərarını dəyişdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ