Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2025 11:06
Cəmiyyətdə geniş yayılan inanclardan biri cadudur.
Sonxeber.net xəbər verir ki, onların sırasında Qurd yağı xüsusi yer tutur.
Sözügedən mövzuya parapsixoloq Əhməd Əhmədov münasibət bildirib:
"Ona görə adı qurd yağıdır ki, canavarın liderliyini əldə etməkdir. Bu, simvolik məna daşıyır. Ağ maqiyada sitifadə olunursa, hər hansı şəxsi qorumaq, ona güc və liderliyi verməkdir. Qara maqiyada isə qarşı tərəfdə olan insan qorxutmaq, hər hansı xəstəlik və söz-söhbət yaratmaq üçün istifadə olunur".
İlahiyyatçı Tural İrfan da "Qurd yağı" ilə edilən cadulardan danışıb:
"Müsəlman aləmində el arasında qurd yağı deyilən maddədən bu mənfur işlərin həyata keçirilməsində geniş şəkildə istifadə olunur. Nədən hazırlanması barədə müxtəlif fikirlər var. Bəzi məlumatlara görə, canavarın arxa pəncəsinin yağından hazırlanır və yaxud ölmüş insanın məzarda çürüyərkən onun bədəninə düşmüş qurdlardan və həşəratlardan istifadə olunur. Bizdə belə əməllərə görə ağır cəzalar yoxdur, ancaq cəzaların olmasını hesab edirəm. İnsanlarda belə inamın artması böyük təhlükələrə - nəsil davaları, düşmənçiliklərə səbəb ola bilər. Bu, açıq-aşkar şeytan əməlidir. İnsanların sosial həyatında böyük zərbə vuran məsələlərdəndir".