Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 14:12
Bakı. Trend:
Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, maska, əlcək, dezinfeksiya vasitələri qabları küçələri, çimərlikləri və dünya okeanını zibilləyir.
O da vurğulanıb ki, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid idi. Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.
Bundan başqa, qeyd olunur ki, özünütəcrid rejiminin tətbiq olunması və bir çox müəssisələrin işinin dayanması ilə əlaqədar parnik qazının tullantıları bütün dünyada 5 faiz azalıb.