Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada bir gündə 700 obyektdə bomba həyəcanı

Moskvada bir gündə 700 obyektdə bomba həyəcanı

Tarix: 28 Iyul 2020 16:24

Bakı. Trend:

Moskvada ötən gün ərzində 700-dən çox obyektə bomba qoyulması barədə anonim zənglər daxil olub.

Trend-in məlumatına görə, 350 ticarət mərkəzi, 120-dən çox tibbi müəssisə, eləcə də bütün metro stansiyalarında bomba olması barədə xəbərdarlıqlar edilib.

Hüquq-mühafizə orqanları qeyd olunan ünvanlarda axtarışlar aparıb. Ümumilikdə, 4 mindən çox şəxs təxliyə olunub.

Bütün zənglərin əsassız olduğu müəyyən edilib.


Etiketlər:  Moskvada gündə obyektdə bomba həyəcanı


RƏYLƏR