Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft-un oyun bölməsinin gəliri il ərzində 64% artıb

Microsoft-un oyun bölməsinin gəliri il ərzində 64% artıb

Tarix: 28 Iyul 2020 22:12

Microsoft maliyyə hesabatını açıqlayıb. Sənəddə qeyd olunub ki, oyun bölməsinin gəliri il ərzində 64% artıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət həm satış, həm də gəlir üzrə analitiklərin proqnozlarını üstələyib.

Microsoft-un mədaxili 38 milyard ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin nəticələrindən 13% çoxdur. Mənfəət isə 11,2 milyard dollar təşkil edib. Bu isə ötənilki göstəriciləri 5% üstələyir.

Eyni zamanda, korporasiyanın oyun bölməsi Xbox xidmətləri sayəsində 64% (1,3 milyard dollar) gəlir artımını nümayiş etdirib.

Qeyd edək ki, bu göstəricilər, karantin zamanı istifadəçilərin fəal olaraq oyun konsollarından istifadə etdiyinə görə əldə olunub.

Milli.Az


Etiketlər:  Microsoft un oyun bölməsinin gəliri il ərzində 64 artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ