Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərbi Avropa bazarında kompüter satışlarında artım müşahidə olunur

Qərbi Avropa bazarında kompüter satışlarında artım müşahidə olunur

Tarix: 28 Iyul 2020 22:52

IDC analitik şirkətinin mütəxəssisləri Avropa, Yaxın Şərq və Afrikanı əhatə edən EMEA (Avropa, Orta Şərq və Afrika) bölgəsindəki "ənənəvi kompüter" bazarının ikinci rübünün nəticələrini açıqlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, rüb ərzində 20,7 milyon kompüter satılıb ki, bu da illik nəticə ilə müqayisədə 26.4% artım deməkdir.

Artım 49.0% təşkil edib ki, bu da masaüstü satışdakı 16.1% enişi qarşılamaq üçün kifayət olub. Qərbi Avropa bazarında artım 30,6%-ə çatıb. Bu 1998-ci ildən bəri ən yüksək göstəricidir. Korporativ seqmentdə 20,5%, istehlak seqmentində isə 51,2% artım qeydə alınııb. HP kompüteri EMEA bölgəsinin lideri adını alıb. Sözügedən şirkət rüb ərzində 6.067 milyon kompüter satışa çıxarıb. Bu da bir il əvvələ nisbətən 27.9% çoxdur. HP-nin bazar payı 28.9%-dən 29.3%-ə yüksəlib, ikinci sırada olan Lenovo isə 29.3% artaraq 4.190-dan 5.418 milyon ədədə çatıb. Nəticədə il ərzində onun payı 25,6% -dən 26.1% -ə yüksəlib.

Dell kompüter satışında üçüncü yerdədir. Dell şirkəti tədarükü 17.5% artırıb, 2.363-den 2.776 milyon ədədə. Bazar sürətlə böyüdükcə Dell-in payı 14.4%-dən 13.4%-ə düşüb.

Sıradakı dördüncü pillədə Acer qərarlaşıb. Bu istehsalçı tədarükü 29.0% - 1.328-dən 1.712 milyona çatdırıb. Bunun nəticəsində onun payı 8.1%-dən 8.3%-ə yüksəlib.

Asus şirkəti 56.5% artım göstərərək ilk beşliyi bağlayır, 0.978-dən 1.531 milyona.

Onun bazar payı il ərzində 6.0%-dən 7.4%-ə yüksəlib. Bütün digər istehsalçıların payı il ərzində 17.0%-dən 15.5%-ə düşüb.


Etiketlər:  Qərbi Avropa bazarında kompüter satışlarında artım müşahidə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ