Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 12:33
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazası, mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsidir.
Görüş zamanı tərəfləri maraqlandıran gələcək perspektivlər də müzakirə olunub.