Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqrar sığorta müqaviləsi və ödənişi onlayn formada aparılacaq

Aqrar sığorta müqaviləsi və ödənişi onlayn formada aparılacaq

Tarix: 29 Iyul 2020 15:16

Bakı. Asif Mehman - Trend:

Ötən həftə cənab baş nazir tərəfindən Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsi təsdəqləndi.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, bu sistemin köməyi ilə aqrar sığorta ilə bağlı bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək:

"Elektron Kənd Təsərəfatı Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər bizə, yəni Aqrar Sığorta Fonduna onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər. Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq.

Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq.
Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər Fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik".


Etiketlər:  Aqrar sığorta müqaviləsi ödənişi onlayn formada aparılacaq


RƏYLƏR