Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 10:36
İspaniya millisinin sabiq üzvü Fernando Torres karyerasını bitirib.
Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu şəxsi “tvitter” hesabından məlumat yayıb. O, iyunun 23-də bununla bağlı mətbuat konfransı keçirəcəyini bildirib.
Qeyd edək ki, son olaraq Yaponiyanın “Saqan Tosu” klubunda çıxış edən Torres, karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi” və “Milan”da oynayıb.
İspaniya millisində 110 dəfə forma geyinən futbolçu, yığmada 38 qola imza atıb.