Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 17:16
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə "Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı" çərçivəsində üç mərhələli layihənin III mərhələsində respublikanın 12 rayon və şəhərində Bələdiyyələrdə pilot olaraq Gender Komissiyalarının yaradılması nəzərdə tutulur.
Bu barədə Sonxeber.net-a Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, həmin komissiyalar yerlərdə gender bərabərliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görəcək:
"İlk növbədə bu, pilot layihə olacaq. Bununla bağlı təlimlər davamlı keçirilir. Bu, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə olacaq. İctimai əsasla yaradılan komissiyalar Bələdiyyələr çərçivəsində milli qanunvericiliyə əsasən yerlərdə qadın hüquqlarının müdafiəsi, gender balansının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində işlər, tədbirlər görəcəklər. Bunlar həm də maairfləndirici tədbirlər olacaq. Layihə cari il ərzində ediləcək və planlaşdırılır".