Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank tərəfindən AZAL aviaşirkətinin reysləri müasir POS terminallarla təchiz edilib

PAŞA Bank tərəfindən AZAL aviaşirkətinin reysləri müasir POS terminallarla təchiz edilib

Tarix: 21 Iyun 2019 11:40

Bakı. Trend:

15 iyun 2019-cu il tarixindən etibarən PAŞA Bank tərəfindən AZAL aviaşirkətinin reysləri Visa və Master Card ödəniş sistemlərinin kartlarını qəbul edən müasir POS-terminallarla təchiz olunub.

Uçuş zamanı nağd vəsaitin bəzən kifayət qədər olmadığı üçün beynəlxalq uçuşların sərnişinləri bank kartlarından aktiv şəkildə istifadə edirlər. Bu xidmət sayəsində sərnişinlər ilkin mərhələdə Avropa və Amerikaya uçuş əsnasında Duty Free mağazalarında alış-veriş etdikləri zaman ödənişlərini PAŞA Bankın POS-terminalları vasitəsi ilə rahat həyata keçirə bilərlər.

Duty Free mağazalarında yüksək keyfiyyətli malları cəlbedici qiymətlərlə əldə etmək üçün PAŞA Bankın POS-terminallarından istifadə Sizə səyahət zamanı xoş təəssüratlar bəxş edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank tərəfindən AZAL aviaşirkətinin reysləri müasir terminallarla təchiz edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ