Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank: Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək

Mərkəzi Bank: Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək

Tarix: 30 Iyul 2020 13:20

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda maliyyə hesabatlılığına və bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankların əmanətlərin alınması və kreditlərin verilməsi ilə bağlı qanunsuz fəaliyyətinin qarşısının alınması üçün bankların maliyyə hesabatlarının monitorinqi zəruridir:

“Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq”.


Etiketlər:  Mərkəzi Bank Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ