Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 16:51
Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabinetinin “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış
abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ndə dəyişiklik edib.
Trend-in məlumatına görə, yeni qərarla “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsi yeni redaksiyada verilib.
Bu qərara görə, sənədin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və
ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir:
5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma
Programme) – 25-35;
5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi
(Advanced Level of General Certificate of Education) – C və ya B
(müvafiq üç imtahan fənni üzrə);
5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4
(müvafiq üç imtahan fənni üzrə).”.