Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David Alaba La Liqaya keçə bilər

David Alaba La Liqaya keçə bilər

Tarix: 30 Iyul 2020 17:06

"Bayern Münich"in müdafiəçisi David Alaba karyerasını "Barselona"da davam etdirə bilər.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını Kataloniya təmsilçisində sonlandırmaq istəyir.

"Barselona" uzun müddətdir Alabanı transfer etməyə çalışır. Kataloniya klubunun rəhbərliyinin iki ildir bu müqaviləni həyata keçirməyə çalışdığı qeyd olunur. Ancaq 28 yaşlı futbolçunun komandaya keçidi bu yay baş tutmayacaq.

Çünki Alabanın "Bayern" ilə müqaviləsi 2021-də bitir və müdafiəçi azad agent statusu daşıyacaq. Münxen təmsilçisinin avstriyalı oyunçu ilə razılığa gələ bilmədiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Bayern"də 28 oyun keçirib və 1 qol vurub.


Etiketlər:  David Alaba Liqaya keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ