Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei Maimang 9 təqdim edildi - Əsas xüsusiyyətləri

Huawei Maimang 9 təqdim edildi - Əsas xüsusiyyətləri

Tarix: 30 Iyul 2020 21:16

Huawei şirkəti Maimang 9 modelini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, 5G texnologiyası ilə çalışan yeni telefon Çində təqdim olunub.

Yeni model 6,8 düym böyüklüyündə ekrana, 1080×2400 piksel Full HD+ görüntü keyfiyyətinə sahibdir. Ekranın sol üst qismində 16 Megapiksel f/2.0 diafraqmalı kamera yerləşir. Arxa qismində süni intellekt dəstəkli 3 kamera mövcuddur. 64 Megapiksellik kamera f/1.79 diafraqmasına sahibdir. Onu 8 Megapiksel f/2.2 kamera və 2 Megapiksel dərinlik ölçmə sensoru müşayiət edir.

2 GHz sürətə sahib səkkiz nüvəli ARM Mali-G57 MC4 GPU prosessoruna sahibdir.

Batareya tutumu 4300 mAh olan yeni modelin qalınlığı 8,9 mm, çəkisi ilə 212 qramdır. Cihazın yan tərəfində barmaq izi sensoru var. İlkin satış qiyməti 315-345 dollar arasında dəyişir.

Milli.Az


Etiketlər:  Huawei Maimang təqdim edildi Əsas xususiyyətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ