Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sony şirkəti PlayStation sahiblərinə ödəniş etməyə başladı

Sony şirkəti PlayStation sahiblərinə ödəniş etməyə başladı

Tarix: 30 Iyul 2020 22:52

Sony PlayStation Plus abunəlik sisteminin 10 illiyi münasibətilə PlayStation Plus Türkiyədəki abunəçi istifadəçilərinə 60 Tl ödəniş edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, istifadəçilərə bu ödənişi yalnız müxtəlif oyunlara sərf etməyə icazə verilir.

Şirkətdən istifadəçilərə göndərilən elektron poçt mesajında isə bu sözlər yer alıb: "PlayStation Plus-un yaradılmasının 10-cu ildönümü münasibətilə hesabınıza 60Tl Playstation Store krediti əlavə etdik. Bizi seçdiyiniz üçün təşəkkür edirik".

Bununla yanaşı, ildönümü münasibətilə istifadəçilər NBA 2K20, Rise of the Tomb Raider: 20 Year Celebration və Erica adlı oyunları ödənişsiz oynamaq hüququ qazanıblar.

Milli.Az


Etiketlər:  Sony şirkəti PlayStation sahiblərinə ödəniş etməyə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ