Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb

Tarix: 21 Iyun 2019 14:24

Bakı. Trend:

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xaçmazda çadırdan narkotik vasitə silah sursat tapılıb


RƏYLƏR