Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur

Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur

Tarix: 31 Iyul 2020 15:54

Bakı. Asif Mehman - Trend:

Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.

O bildirib ki, Azərbaycana həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə baş tutub: "Demək olar ki, hər ölkənin virusla mübarizədə fərqli metodları var, bütün ölkələr kimi, biz də o metodları öyrənirik. Gələcək planlara gəldikdə isə biz yenə də dünya təcrübələrini öyrənməyə davm edəcəyik. Gələcək proqnozlarla bağlı hələlik nəsə demək çox çətindir. Bu virus dünya üçün ilkdir və fərqli formada özünü göstərir".


Etiketlər:  Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ