Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 14:27
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 1-ə təyin edilib.
İttihama görə, İmişli rayon sakini Elvin Həmzəyev 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
E.Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin