Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO)

Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO)

Tarix: 31 Iyul 2020 16:15

Bakı. Trend:

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Horadiz şəhəri ərazisində partlayışın baş verməsi barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olan məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Füzuli rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 130 qram partlayıcı maddə aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlayış yerinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image Füzulidə partlayış: ANAMA baxış keçirdi (FOTO) - Gallery Image


Etiketlər:  Füzulidə partlayış ANAMA baxış keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ