Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 18:40
Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucovun "Fəlidən doğru xəbər" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, "Fəlakət"in suallarını cavablandırıb. Gəncəli "Sənə heç elçi düşən olur?" sualına "Niyə olmur, gül kimi qızam" cavabını verib.
Müğənnilərdən bəhs edən Afaq "Onların çoxunu "qara siyahıya" atmışam. Çox az müğənni ilə münasibətim yoxdur" deyə, bildirib.
Aparıcı bildirib ki, televiziyada işləməsəydi dizayner, vizajist olardı?
"Əlimdən hər iş gəlir. Yaxşı yemək bişirirəm, makiyaj edirəm, dizaynerliyi də bacarıram".
"Qadın nə istəyir" sualına isə Afaq "Qadın romantika, sevgi və pul istəyir" reaksiyasını verib.
O, telefonda ən çox İnstaqram və TikTok-a baxdığını söyləyib.