Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 15:12
Bakı. Trend:
ABŞ-ın Filadelfiya şəhərində neft emalı zavodunda yanğın başlayıb.
Trend-in məlumatına görə, zavod ətrafındakı bütün yollar bağlanıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Ətraf bölgələrdə yaşayan sakinlər partlayışların olduğunu bildirib.
Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin