Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da tanınmış şəxslərin "Twitter" hesablarına haker hücumu edən yeniyetmə saxlanılıb

ABŞ-da tanınmış şəxslərin

Tarix: 1 Avqust 2020 08:32

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir çox məşhur insan və şirkətin "Twitter" hesablarına haker hücumu təşkil etməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "WFLA" telekanalı Hilsboro dairəsi prokurorunun ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, yeniyetməyə qarşı 30 iş üzrə, həmçinin mütəşəkkil dələduzluq, kommunikasiya ilə əlaqəli 17 dələduzluq, şəxsi məlumatların qanunsuz istifadəsi və kompüterə və ya elektron qurğuya qanunsuz girişlə bağlı ittihamlar irəli sürülüb.

Prokurorluq ofisindən verilən açıqlamaya görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi şübhəli şəxsin "hərtərəfli ümummilli araşdırılması"ndan sonra onun izinə düşməyə nail olub. Hakerin adı hələ 18 yaşına çatmadığı üçün açıqlanmır.

Milli.Az


Etiketlər:  ABŞ da tanınmış şəxslərin Twitter hesablarına haker hücumu edən yeniyetmə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ