Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 09:52
CAR-lı , idmançı 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Ueyd van Niker koronavirusa yoluxub.
Qol.az "TASS"a istinadən xəbər verir ki, 28 yaşlı idmançıdan COVİD-19 üçün götürülər test nümunələri müsbət çıxıb.
Niker avqustun 1-də İtaliyanın Trieste şəhərində keçiriləcək yarışlarda iştirak etməli idi.
Qeyd edək ki, 2016-cı ildə Olimpiya oyunlarının qalibi olmuş Van Niker 2 dəfə dünya çempionluğunu və 1 dəfə də dünya çempionatının gümüş mükafatını əldə edib.