Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldinyo bu ay azad oluna bilər

Ronaldinyo bu ay azad oluna bilər

Tarix: 1 Avqust 2020 10:36

"Barselona"nın və Braziliya millisinin sabiq üzvü Ronaldinyo ev dustaqlığından azad oluna bilər.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, və qardaşına törətdiyi əməli səmimi etiraf etmək və cərimə ödəməklə buraxılmaları təklif oluna bilər. Qeyd olunub ki, Ronaldinyonun vəkilləri onların avqust ayında azad edilməsi üçün çalışırlar. İstintaqın 90 faiz tamamlandığı bildirilir.

Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla daxil olmağa çalışdığı üçün həbs edilib.  Daha sonra onlar 1,6 milyon dollar girov qarşılığında ev dustaqlığına göndəriliblər. Qardaşlar həmin vaxtdan bəri Paraqvayın paytaxtı Asunsondakı bir oteldə qalırlar.
 


Etiketlər:  Ronaldinyo azad oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ