Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin müğənnilərlə düşmənəm''

''Həmin müğənnilərlə düşmənəm''

Tarix: 1 Avqust 2020 18:45

İndi danışacam, sabah hər yerdə yayılacaq. Şəmkirliyəm, hamı da bilir ki, maddi baxımdan ən yaxşı toylar orada olur. Həmin yerdə yeganə üzdə olan, xeyirsevər yeganə müğənniyəm. Amma bir dəfə orada toyda olmamışam.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Ən yaxşısı" verilişində deyib. Sənətçi aparıcı Mətanət Əliverdiyavanın "Deyirlər, toyda monopoliya yaradılıb. Filan bögədəki toy vəziyyətinə filankəs, Moskvaya başqası baxır" sualına belə cavab verib:

"Bilirsiniz ki, gücüm yetəri qədər var. Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları alardım əlimə. Bu söz-söhbəti o şeyi etmək arzusu olanların söhbətidir.

Elə müğənnilər var ki, onlarla düşmənəm. Münasibətimiz kəsilib, olmayacaq, ömürboyu da olan deyil. Küsdüyüm müğənni ilə ayaqyeri qoymuramsa, barışmayacam. Həmin müğənnilərlə efir qarşısında dalaşmıram. Real həyatda sözümü deyirəm".


Etiketlər:  Həmin müğənnilərlə düşmənəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ