Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 18:35
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.
Sonxeber.net-ın məlumatına görə, sənətçi bildirib ki, evindən dostu tərəfindən 5 min manat məbləğində pul oğurlanıb və o, bu barədə yalnız bir həftə sonra xəbər tutub.
Namazova məsələ ilə bağlı bunları deyib:
"Yaxın bildiyim bir insan idi. Heç düşünməzdim ki, belə bir addım atar. Mənə dedi ki, pulu anasının müalicəsi üçün götürüb. Düzgün hərəkət deyildi, özü desəydi, bəlkə də verərdim".
Müğənni bildirib ki, hadisəyə baxmayaraq, həmin şəxslə aralarında əlaqə hələ də davam edir.
Ülviyyə Namazovanın bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.