Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 14:45
Tanınmış xanəndə Ayşən Mehtiyeva toy və fərdi məclislərdə iştirak etməməsinin arxasında duran səbəbləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, müğənni məsələ ilə bağlı danışaraq maddi baxımdan həyat yoldaşının onu tam dəstəklədiyini bildirib.
Muğam ifaçısı seçimini şəxsi qərarı kimi dəyərləndirib:
"Hara getsəm, özüm qərar verirəm. Narahatlıq yaradan yer olarsa, ora getmirəm. Bu, həyat yoldaşımın qoyduğu qadağa deyil, mənim öz seçimimdir. O, sənət işimə qarışmır. Hara qədər gedə biləcəyimi, sərhədlərimi yaxşı bilir," - deyə Mehtiyeva vurğulayıb.
O, yalnız müəyyən rəsmi və sənət yönümlü tədbirlərdə iştirak etdiyini qeyd edib:
"Dövlət televiziyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Mahnı Teatrı kimi məkanlara gedirəm. Vaxtım da başqa məclislərə yetmir," - deyən müğənni, maddi baxımdan isə həyat yoldaşının ona dəstək olduğunu bildirib.
Müğənninin bu açıqlaması və həyat yoldaşı ilə fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa