Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 16:40
Azərbaycan Dövlət Neft Şirkətinin törəmə "SOCAR Green" şirkəti və Böyük Britaniyanın "Rapid Solutions" şirkəti Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) obyektlərində enerji səmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıblar.
Sonxeber.net “SOCAR Green”ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəri çərçivəsində keçirilən Yaşıl Enerji Tədbiri zamanı baş tutub.
Bildirilib ki, müqavilə “SOCAR Green”in Baş Direktoru Elmir Musayev və “Rapid Solutions”in direktoru Hovard Lyn tərəfindən imzalanıb.
“Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini və səmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu, “SOCAR Green”in davamlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əks etdirir”, - məlumatda qeyd edilib.