Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər genişləndirilir – Kamal Hacıyev

Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər genişləndirilir – Kamal Hacıyev

Tarix: 11 Dekabr 2025 17:32

Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər uğurla davam etdirilməkdədir.

Sonxeber.net xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Mətbuat Xidmətinin rəhbəri Kamal Hacıyev bu gün Qarabağ Universitetində keçirilən “Yaşıl Enerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilər “yaşıl enerji" zonası elan edilib: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilib. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkətinin dəstəyi ilə Konsepsiya sənədi hazırlanmışdır”.

K. Hacıyev vurğulayıb ki, konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazinin ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və həmin ərazilərdə "Yaşıl Enerji Zonası"nın yaradılmasıdır.Konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” Nazirlər Kabinetinin 357s nömrəli 21 iyun 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunub: “Tədbirlər Planı üzrə ümumilikdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığı və milli kontent, yaşıl texnologiyaların tətbiqi və tarif tənzimlənməsi kimi məsələlərin həlli istiqamətində tədbirlər yer almış və 2022-2026-cı illərdə icrası planlaşdırılıb. Sözügedən Tədbirlər Planında əks olunan tapşırıqlar Azərbaycan Prezidentinin 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda tam öz əksini tapıb”.

K. Hacıyev bildirib ki, Xankəndidə bu istiqamətdə maarifləndirilmə tədbirinin keçirilməsində əsas məqsəd Qarabağ bölgəsinin yaşıl enerji zonası kimi tanınması, bölgənin bərpa olunan enerji potensialı, sözügedən sahə üzrə burada həyata keçirilən layihələr haqqında və gələcək perspektivlər barədə ictimaiyyəti məlumatlandırmaqdır: “Davamlı inkişaf hədəflərinə nail olmaq üçün dövlət qurumlarının, özəl sektorun və yerli icmaların birgə səylərinin vacibliyi bir daha vurğulanır və qarşıdakı mərhələdə bu istiqamətdə daha geniş əməkdaşlıq imkanlarının yaranacağı gözlənilir.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub”.


Etiketlər:  Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər genişləndirilir Kamal Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ