Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komanda uduzdu, azarkeşləri stadionu yandırdı

Komanda uduzdu, azarkeşləri stadionu yandırdı

Tarix: 11 Dekabr 2025 18:06

Finlandiyada futbol azarkeşlərinin davranışı hər kəsi heyrətə salıb.

QOL.az xəbər verir ki, Finlandiyanın “Haka” klubunun azarkeşləri komandanın yüksək liqanı tərk edərək aşağı diviziona düşməsi xəbərindən sonra radikal addım atıblar. Qəzəbli fanatlar klubun stadionuna od vurublar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə stadionun tribunalarından birinin tamamilə alovlara büründüyü əks olunub. Yanğının miqyası o qədər böyük olub ki, həmin tribunanın tamamilə yararsız hala düşdüyü və yenidən inşa edilməli olduğu ehtimal edilir.

Qeyd edək ki, “Haka” Finlandiya futbolunun tarixi klublarından biridir. 9 qat ölkə çempionu olan komanda sonuncu titulunu tam 21 il əvvəl, yəni 2004-cü ildə qazanıb.


Etiketlər:  Komanda uduzdu azarkeşləri stadionu yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ