Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lənkəran'' klubunun şikayəti təmin edilmədi

''Lənkəran'' klubunun şikayəti təmin edilmədi

Tarix: 11 Dekabr 2025 18:22

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Şahin Ağayevlə bağlı şikayətini təmin etməyib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, futbolçunun cəzası qüvvədə saxlanılıb.

“Lənkəran” Futbol Klubunun (Region Liqası) Salyan OİK – Lənkəran FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair qəbul edilmiş qərar:

- “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

- 16 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Lənkəran FK oyunu bitdikdən sonra Lənkəran FK komandasının heyətində 10 nömrəli futbolçu Şahin Ağayevin hakimlər briqadasını təhqir etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 noyabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.


Etiketlər:  Lənkəran klubunun şikayəti təmin edilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ